Hüquqi sənədləri hər kəs üçün əlçatan edirik
Şikayət ərizəsi, kirayə müqaviləsi, dövlət qurumuna müraciət — bunların hər biri müəyyən qaydada tərtib olunmalıdır, lakin onları hazırlamaq üçün hüquqi təhsilə ehtiyac yoxdur. Lazım olan düzgün şablon, aydın suallar və sonda bir hüquqşünasın baxışıdır.
- şablon bölməsi
- 04
- sənəd şablonu
- 69
- kalkulyator
- 15
- yükləmə formatı
- 02
Nəyə görə belə işləyirik
Beş qayda hər şablonun, hər sualın və hər ödənişin necə qurulduğunu müəyyən edir.
- 01
Hüquqşünas tərtib edir
Şablonları praktikada çalışan hüquqşünas yazır. Hazır mətn başqa yerdən kopyalanmır.
- 02
Sadə dil
Mürəkkəb hüquqi terminlər yerinə hər kəsin anlaya biləcəyi suallar. Hüquqi təhsil tələb olunmur.
- 03
Əvvəl yoxlanış, sonra ödəniş
Hər şablon sənədini hüquqşünas oxuyur. Ödəniş yalnız təsdiqdən sonra — təsdiqlənməyən sənəd üçün ödəmirsiniz.
- 04
Minimum məlumat
Hesab üçün ad, soyad, e-poçt və telefon. Sənədə lazım olan qalan hər şey yalnız həmin sənədin içində qalır.
- 05
Hüquqşünası əvəz etmirik
Sadə və təkrarlanan sənədlər üçünük. Ciddi mübahisə, məhkəmə prosesi və ya böyük məbləğli işlərdə peşəkar məsləhət əvəzsizdir.
Sənədlərin və cavabların arxasında kim var
Şablonlar
Portaldakı bütün şablonları praktikada çalışan hüquqşünas tərtib edir. Hər sənəd Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun yazılır, göndərilən hər sənədi isə hüquqşünas ayrıca oxuyur.
Hüquqi köməkçi
Köməkçi yalnız Ədliyyə Nazirliyinin rəsmi reyestri olan e-qanun.az-dakı mətnlərdən cavab verir. Bu mətnlər hər həftə yenilənir və qüvvədən düşmüş aktlar axtarışa düşmür. Uyğun maddə tapılmasa, köməkçi cavab uydurmur.
Bu, hüquqi məsləhəti əvəz etmir və belə bir iddiamız yoxdur. Mübahisənin mahiyyəti mürəkkəbdirsə, hüquqşünasla birbaşa işləmək həmişə daha düzgün seçimdir.
Bir sənəd üçün günlərlə gözləmək və ya yüzlərlə manat ödəmək məcburiyyəti olmamalıdır.
Sənədinizi indi hazırlamağa başlayın
Doldurmaq və önizləmə pulsuzdur. Hüquqşünas yoxlayır, ödəniş yalnız təsdiqdən sonra.