Birdəfəlik sənəd
- Abunəlik tələb olunmur
- Sənəd həmişəlik sizindir
- PDF və Word formatı
- Ödəniş təsdiqdən sonra, yükləmə anında
Şablonu doldurmaq həmişə pulsuzdur. Yalnız bir sənəd lazımdırsa, onu ayrıca alın; müntəzəm ehtiyacınız varsa, abunəlik daha sərfəlidir. Gizli ödəniş yoxdur.
Sənəd hüquqşünas yoxlamasından keçməsə, heç nə ödəmirsiniz.
Kartınızdan təkrar ödəniş tutulmur. Abunəlik ödənilmiş dövrün sonunda bitir.
Birdəfəlik alınan sənəd hesabınızda həmişəlik qalır, abunəlik bitsə də.
Pul yalnız təsdiqlənmiş sənədi yükləyəndə ödənilir. Ondan əvvəlki hər şey — hesab daxil — pulsuzdur.
Cavabını burada tapmadınızsa, prosesə addım-addım baxın.
Şablonla hazırladığınız sənədi göndərdikdən sonra onu hüquqşünas oxuyur. Hər şey qaydasındadırsa təsdiqləyir, düzəliş lazımdırsa nəyin dəyişməli olduğunu yazıb geri qaytarır. Nəticəni kabinetinizdə görürsünüz.
Şablonu doldurmaq və sənədin canlı önizləməsi pulsuzdur. Ödəniş yalnız sənəd təsdiqləndikdən sonra, onu yükləmək istədiyiniz an tələb olunur. Sənəd təsdiqlənməsə, heç nə ödəmirsiniz.
Bəli. Tək sənəd üçün birdəfəlik ödəniş kifayətdir. Abunəlik müntəzəm sənəd hazırlayanlar üçündür: qüvvədə olduğu müddətdə bütün təsdiqlənmiş sənədlər əlavə ödənişsiz yüklənir.
Bəli. Ayrıca ödədiyiniz sənəd həmişəlik sizindir və abunəliyin bitməsi ona təsir etmir.
Xeyr. Kartınızdan avtomatik ödəniş tutulmur — abunəlik ödənilmiş dövrün sonunda sadəcə bitir. Davam etmək istəsəniz, yenidən ödəyirsiniz.
Hesab üçün yalnız ad, soyad, e-poçt və telefon nömrəsi. Sənədin özünə lazım olan məlumatlar — məsələn, ünvan və ya FİN — yalnız həmin sənədin formunda soruşulur və profilinizdə saxlanmır.
Sualınızı gündəlik dildə yazırsınız. Köməkçi cavabı e-qanun.az-dakı rəsmi qanun mətnlərindən tapır və istinad etdiyi maddəni göstərir. Uyğun maddə tapılmasa, təxmin etmir — bunu açıq deyir. Pulsuz hesabla sınaya bilərsiniz, abunəçilər üçün limit daha genişdir.
Kataloqda uyğun şablon varsa, köməkçi sizi ona yönləndirir. Uyğun şablon yoxdursa, sənədin layihəsini yazmağı təklif edə bilər. Belə layihə hüquqşünas yoxlamasından keçmir — onu istifadə etməzdən əvvəl özünüz diqqətlə oxuyun.
PDF və redaktə edilə bilən Word (DOCX) formatında. Sənəd hesabınızda «Sənədlərim» bölməsində qalır.
Xeyr. Sadə və təkrarlanan sənədləri özünüz hazırlaya bilərsiniz. Ciddi mübahisə, məhkəmə prosesi və ya böyük məbləğli işlərdə hüquqşünasla birbaşa işləyin.
Planı seçməzdən əvvəl sənədin necə formalaşdığını görün — doldurmaq və önizləmə pulsuzdur.